Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Primorsk Akademik Dram Teatrında Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub

Primorsk Akademik Dram Teatrında Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub
REKLAM ALANI
30.09.2023
A+
A-

 

 

 

Primorsk Akademik Dram Teatrında Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub

, 2023

 

 

Primorsk Akademik Dram Teatrında Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub

 

 

 

 

Rusiyanın Vladivostok şəhərindəki Primorsk Akademik Dram Teatrında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

 

Primorsk diyarının “Dostluq” təşkilatının və Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Vladivostok üzrə nümayəndəliyinin rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir Andrey Brovareç, Primorsk diyarının Qanunvericilik Məclisinin deputatları, Vladivostok şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Uzaq Şərq Federal Dairəsinin Kamçatka, Maqadan, Saxa, Xabarovsk, Amur və Çita regionu üzrə Azərbaycan diasporlarının sədrləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri, Vladivostok şəhərində yaşayan azərbaycanlılar və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi, eləcə də Azərbaycan Respublikasının Yekterinburqdakı Baş konsulluğunun dəstəyi ilə çəkilmiş “Heydər Əliyev – Rusiyadan baxış” filminin nümayişi ilə başlayıb.

 

 

 

Sonra Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Səfərov, Primorsk diyarının “Dostluq” təşkilatının sədri Ramiz Zeynalov, Primorsk diyarı Xalqlar Məclisinin sədri Qalina Alekseyeva, Daxili siyasət departamentinin şöbə müdiri Viktor Ablapov çıxış edərək, xalqımızın ulu öndərinin həyat yolundan, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən və Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsində müstəsna rolundan danışıblar.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində apardığı antiterror tədbirlərinin uğurla başa çatması xəbəri tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılanıb.

Bədii hissədə Azərbaycanın xalq artisti Niyaməddin Musayevin, eləcə də yerli xalqların yaradıcı kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Tədbir çərçivəsində teatrın foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/primorsk-akademik-dram-teatrinda-heyder-eliyevin-100-illik-yubileyi-tentene-ile-qeyd-olunub-3578

 

 

 

 

REKLAM ALANI