Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Millət vəkili Məşhur Məmmədov , “Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır” ,ÖZEL

Millət vəkili Məşhur Məmmədov , “Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır” ,ÖZEL
REKLAM ALANI
18.12.2022
A+
A-

Millət vəkili Məşhur Məmmədov – “Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır” – ÖZEL

Millət vəkili Məşhur Məmmədov – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bir daha qətiyyətli vətəndaş mövqeyini ortaya qoydu. Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri təxribatçılar tərəfindən müxtəlif yönlərə yozulsa da, onların məkrli planları fiaskoya uğradı. Aksiyaya səbəb Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq məqsədilə dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsidir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların tələbi Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməsidir.

Azərbaycanın müvafiq qurumlarından təşkil olunmuş işçi qrup yaradılıb. Onlar bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə monitorinq keçirməlidir. Təəssüf ki, danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Rəsmi İrəvanın qərəzli iddiaları gözlənilən idi, təbii ki, əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.

Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır.
Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Son hadisələr bir daha sübut edir ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Xatırladaq ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıqdır.

Ermənilər və havadarları unutmasınlar ki, erməni cinayətləri beynəlxalq qurumlarda etiraf edilib. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.
Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır.
Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. İnanıram ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası tezliklə bəhrəsini verəcək. Fürsətdən istifadə edib aksiya iştirakçılarına möhkəm olmağı arzulayır, ehtiyatlı olmağa səsləyirəm. Aksiyaları şəxsi sosial şəbəkə hesablarında yayımlayan vətəndaşlarımıza da diqqətli olmağa səsləyir, qarşı tərəfin hər bir yanlış cümlədən, yayımdan əleyhimizə məkrlə istifadə edə biləcəklərini bildikləri üçün onlara fürsət verməməyə çağırıram. Azərbaycan xalqı müdrik xalqdı, mövzu Vətən olanda, yumruq kimi birləşib məqsədi uğrunda inamla hədəfə doğru irəliləyir. Bu dəfə də elə olacaq.

Ülker Piriyeva – Azerbaycan

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish