Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Manisada Həmrəylik Günü bayram edilib

Manisada Həmrəylik Günü bayram edilib
REKLAM ALANI
31.12.2022
A+
A-

 

 

 

Manisada Həmrəylik Günü bayram edilib

2022
Manisada Həmrəylik Günü bayram edilib

Türkiyənin Manisa şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə Manisa Böyükşəhər Bələdiyyəsində baş tutan tədbirdə yerli dövlət orqanlarının, vətəndaş cəmiyyətinin, Azərbaycan icmasının nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Qonaqları salamlayan Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül bayram münasibətilə soydaşlarımızı təbrik edib, Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışıb: “1989-cu ilin sonlarında Araz çayının hər iki tərəfində dəmir sədlərlə ayrılan Azərbaycan türkləri məftilləri sökərək bir araya gəlmək istədilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ümummilli lider Heydər Əliyev 1991-ci il dekabrın 16-da 31 dekabr tarixinin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması barədə qərar imzaladı. Naxçıvan Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi. O zamandan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmən bütün dünyada qeyd olunur. Artıq bu əlamətdar gün həmrəylik rəmzinə çevrilib”.

Tədbir zamanı Manisa Cəlal Bayar Universitetində təhsil alan Manisa Azərbaycanlı Tələbələr Cəmiyyətinin üzvləri Nərmin Qardaşova, Fatih Solmaz, Aydın Musayev, Ülkər Yavərli, Sənan Teymurzadə, Sabir Xəlilov və Məhəmməd Adilova uğurlu fəaliyyətlərinə görə təşəkkür plaketi təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/manisada-hemreylik-gunu-bayram-edilib-2141

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish