Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Macarıstandakı xarici tələbələr Azərbaycanı tanımağa dəvət olunub

Macarıstandakı xarici tələbələr Azərbaycanı tanımağa dəvət olunub
MOBİL REKLAM ALANI
20.12.2022
A+
A-

 

 

 

Macarıstandakı xarici tələbələr Azərbaycanı tanımağa dəvət olunub

2022
Macarıstandakı xarici tələbələr Azərbaycanı tanımağa dəvət olunub

Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində “Explore Azerbaijan” (“Azərbaycanı kəşf et!”) adlı tədbir keçirilib.

Macarıstandakı Azərbaycan Evinin, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirdə Macarıstan, İspaniya, İtaliya, Ukrayna, Vyetnam, Rusiya və digər ölkələri təmsil edən tələbə və gənclər, eləcə də həmvətənlərimiz iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli xarici gənclərin vətənimizə marağından danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə dövlətimizin beynəlxalq aləmdəki önəminə, regionun və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə, bu sahədə getdikcə artan roluna diqqəti cəlb edib.

Moderatorlar Ramil Şükürov və Gülər Tağıyeva tədbirin proqramını elan etdikdən sonra “Corvinus” Universitetinin tələbəsi Kamil Şükürovun müəllifi olduğu qısametrajlı videoçarx nümayiş olunub.

Videoçarxda Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, milli-mənəvi dəyərlərindən, milli mətbəxindən və beynəlxalq müstəvidəki əvəzolunmaz rolundan söhbət açılıb.

Videotəqdimat sualların cavablandırılması və müzakirələrin aparılması ilə yekunlaşıb. Bundan başqa, xarici tələbələr Şuşaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Qeyd edək ki, xarici tələbələr noyabrın 23-28-də ölkəmizdə keçirilən “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu çərçivəsində Şuşada olublar. Forum Azərbaycan Gənclər Fondunun və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirin bədii hissəsində Azərbaycanın xalq mahnıları və rəqsləri nümayiş olunub. Konsert proqramı Kamal Aslan, Nazim Musabəyli, Aysel Məmmədova və digər gənclərimizin ifasında təqdim edilib.

Tədbir çərçivəsində ölkəmizin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və milli mətbəxinə həsr olunmuş guşə təşkil edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/macaristandaki-xarici-telebeler-azerbaycani-tanimaga-devet-olunub-2087

 

 

MOBİL REKLAM ALANI