Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Limes” Geosiyasət Məktəbinin məzunları Dövlət Komitəsində olub

“Limes” Geosiyasət Məktəbinin məzunları Dövlət Komitəsində olub
REKLAM ALANI
16.11.2023
A+
A-

 

 

 

“Limes” Geosiyasət Məktəbinin məzunları Dövlət Komitəsində olub

16 noyabr, 2023

“Limes” Geosiyasət Məktəbinin məzunları Dövlət Komitəsində olub

 

 

 

 

İtaliyanın məşhur “Limes” Geosiyasət Məktəbinin “Məzunlar Klubu”nun üzvləri Azərbaycana səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

 

 

 

Komitə sədri Fuad Muradov qonaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, uğurlu nəticələr verən çoxistiqamətli layihələr, xüsusilə xaricdəki Azərbaycan Evləri, mədəniyyət mərkəzləri və həftəsonu məktəbləri barədə məlumatlandırıb.

 

 

 

Görüşdə dünya azərbaycanlılarının, o cümlədən İtaliyadakı Azərbaycan icmasının müharibə və post-müharibə dövründəki fəaliyyəti diqqət mərkəzinə gətirilib, diasporumuzun yayılma arealı və yumşaq gücə çevrilmə imkanlarından danışılıb.

 

 

 

Səmimi qəbula görə təşəkkür edən qonaqlar ölkəmizdə səfərdə olmaqdan böyük məmnunluq hissi keçirdiklərini qeyd edib, səfərlərinin əsas məqsədinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı yaxından tanımaq, ölkəmiz haqqında ətraflı məlumat əldə etmək olduğunu nəzərə çatdırıblar.

Bildirilib ki, İtaliya ilə Azərbaycanın əlaqələrinin perspektivləri, regionda baş verən hadisələr barədə informasiyaların əldə olunması, təhlillərin aparılması “Limes” Geosiyasət Məktəbinin məzunları üçün olduqca maraqlıdır.

 

 

 

Daha sonra əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub. Qonaqlara ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub, xatirə şəkilləri çəkilib.

 

 

 

Qeyd edək ki, İtaliyadan ölkəmizə səfərə gələn nümayəndə heyətinin tərkibində öz sahələri üzrə tanınmış və nüfuzlu şəxslər var.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/limes-geosiyaset-mektebinin-mezunlari-dovlet-komitesinde-olub-3817

 

 

 

REKLAM ALANI