İcra Probasiya Xidmətində məhkum yeniyetmələr üçün təlimlər keçirilib – ÖZƏL
1453 Kral Media – nın Azərbaycan nümayəndəsi Ülkər Piriyevanın xəbərinə görə, 15-17 fevral tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə İcra Probasiya Xidmətində məhkum yeniyetmələr üçün maarifləndirici təlimlər keçirilib.

Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova bu cür maarifləndirici təlimlərin əhəmiyyətindən və mütəmadi keçirilməsinin vacibliyindən danışıb.
O, təlimlərin məqsədinin yeniyetmələrimizi öz hüquqları ilə tanış etmək, onların cəmiyyətə sosial adaptasiyasına və gələcəkdə layiqli vətəndaş olmalarına töhfə vermək olduğunu qeyd edib.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Əfv, amnistiya və vaxtından əvvəl azad olunma”, təlimçi-ekspertləri Araz Abdullasoy “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları”, Nərmin Həsənova “Uşaq hüquqları”, Əmrah Rəhimli “Əmək bazarı ilə tanışlıq, işaxtarma vasitələri və karyera seçimi”, həmçinin Nəzrin Əliyeva “Xaricdə təhsil imkanları” mövzularında çıxışlar və təqdimatlar ediblər.
Təlimlərin yekununda Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov yeniyetmələrə sertifikatlar təqdim ediblər.
Ülker Piriyeva – Azerbaycan

В Унече Брянской области единороссы высадили деревья на территории местной ЦРБ
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’ndaki okul çocukları için etnik bir keşif gezisi ve banka turu düzenledi
«Единая Россия» организовала этноквест и экскурсию в банк для школьников ХМАО
Saransk’ta, Birleşik Rusya aktivistleri yaşlı nesil için halk oyunları düzenledi
В Саранске активисты «Единой России» провели для старшего поколения народные игры
В Калининграде «Единая Россия» проводит тренировки по единоборствам для старшего поколения