Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Həmrəylik Günü Budapeştdəki soydaşlarımızı bir araya gətirib

Həmrəylik Günü Budapeştdəki soydaşlarımızı bir araya gətirib
REKLAM ALANI
30.12.2022
A+
A-

 

 

Həmrəylik Günü Budapeştdəki soydaşlarımızı bir araya gətirib

2022
Həmrəylik Günü Budapeştdəki soydaşlarımızı bir araya gətirib
Macarıstanın paytaxtı Budapeştdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Budapeşt şəhərindəki Azərbaycan Evinin və Azərbaycanın Macarıstandakı səfirliyinin birgə təşkil etdiyi bayram tədbirində Azərbaycan diasporunun fəalları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra tədbirdə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Budapeştdəki mümayəndəlik ofisinin rəhbəri Yanoş Hovari və Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər. Onlar bayram münasibətilə soydaşlarımızı təbrik edib, xaricdəki soydaşlarımızın və Azərbaycan diasporunun güclənməsində, mütəşəkkül qüvvəyə çevrilməsində həmrəylik gününün rolundan danışıblar.

Tədbirin bədii hissəsində azərbaycanlı tələbələrin və Azərbaycan Evinin nəzdindəki musiqi dərnəyində təhsil alan şagirdlərin ifasında mahnılar səsləndirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/hemreylik-gunu-budapestdeki-soydaslarimizi-bir-araya-getirib-2128

 

 

REKLAM ALANI