Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Daşkənddə 20 Yanvar şəhidləri yad edilib

Daşkənddə 20 Yanvar şəhidləri yad edilib
REKLAM ALANI
23.01.2024
A+
A-

 

 

 

Daşkənddə 20 Yanvar şəhidləri yad edilib

, 2024

 

 

 

Daşkənddə 20 Yanvar şəhidləri yad edilib

 

 

 

Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

 

 

Tədbirdə çıxış edənlər 32 il öncə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən Bakıda dinc və günahsız sakinlərə qarşı törədilən qanlı qırğının xalqımızın azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi güddüyünü xatırladıblar. Xüsusi amansızlıqla törədilmiş bu dəhşətli hərbi cinayətin xalqımızın iradəsini sarsıda bilmədiyi, qısa müddətdən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olduğunu diqqətə çatdırıblar.

 

 

 

Xalqımızın bu faciəni heç bir zaman unutmayacağı, hər il 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etdikləri, Prezident, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi kimi tarixi qələbə ilə bütün şəhidlərimizin, o cümlədən 20 yanvar şəhidlərinin ruhunun şad olduğu vurğulanıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/daskendde-20-yanvar-sehidleri-yad-edilib-4102

 

 

 

REKLAM ALANI