Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Britaniya Avropa Azərbaycan Məktəbinin fəaliyyətə başlamasından bir il ötür

Britaniya Avropa Azərbaycan Məktəbinin fəaliyyətə başlamasından bir il ötür
REKLAM ALANI
15.12.2022
A+
A-

 

 

 

Britaniya Avropa Azərbaycan Məktəbinin fəaliyyətə başlamasından bir il ötür

2022
Britaniya Avropa Azərbaycan Məktəbinin fəaliyyətə başlamasından bir il ötür
London şəhərində Britaniya Avropa Azərbaycan Məktəbinin (British European Azerbaijan School – BEAS) fəaliyyətə başlamasının bir illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

 

Məktəbin inzibati komitəsinin həmrəhbəri Səbinə Quliyeva bildirib ki, bayram tədbirində yerli ictimaiyyətin, medianın və icmamızın nümayəndələri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər.

 

Tədbir məktəbin şagirdi Riçard Xəlilovun pianoda ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bayram tədbirində çıxış edənlər bu iki əlamətdar hadisə münasibətilə məktəbin kollektivini və soydaşlarımızı təbrik ediblər, Böyük Britaniyada belə məktəbin fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıblar. Məktəbin məzunlarının gələcəkdə Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edəcəklərinə, ölkəmizin həqiqətlərinin, mədəni və tarixi irsinin Britaniyada peşəkar səviyyədə təbliğ olunması, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində tarixi vətənlərini layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.

 

Sonra milli geyimli şagirdlərin ifasında mahnılar və şeirlər səsləndirilib.

 

Qeyd edək ki, əyani şəkildə fəaliyyət göstərən BEAS-ın London və Redinqdə iki filialı mövcuddur. Bu filiallarda 50-dən çox uşaq təhsil alır. Şagirdlərə Azərbaycan dili, tarixi, mədəniyyəti, musiqi və şahmat dərsləri tədris edilir. Gələn ilin yanvar ayından milli rəqslər və dram dərnəklərinin də açılması nəzərdə tutulub. Məktəbin rəhbərliyi Böyük Britaniyanın bütün bölgələrində filiallar açmağı planlaşdırır. Hazırda Aberdin şəhərində məktəbin üçüncü filialının açılması ilə bağlı danışıqlar aparılır.

 

Məktəbə diasporumuzun tanınmış fəalları Səbinə Rakçeyeva, Səbinə Quliyeva və Murad Nağıyevdən ibarət inzibati komitə rəhbərlik edir. Müəllim heyətinə Sevinc Baxış (Azərbaycan dili, mədəniyyəti və tarixi), Əminə Hüseynli (Azərbaycan dili, dekorativ-tətbiqi sənət), Ruslan Xəlilov (şahmat, idman, zehni inkişaf), Nigar Əhmədli (Azərbaycan dili, incəsənət və sənətkarlıq) və başqaları daxildir.

 

Bundan başqa, BEAS diasporumuzun nümayəndələri üçün unikal görüş və ünsiyyət məkanına çevrilib. Burada mütəmadi olaraq görüşlər və mədəni tədbirlər keçirilir. 4 dekabr 2022-ci il tarixində Londonda təhsil alan azərbaycanlı tələbələrin konqresi məhz BEAS-da keçirilib. Bu tədbirdə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin ittifaqının yaradılması qərara alınıb.

 

BEAS-ın fəaliyyəti ilə www.easchool.co.uk saytı vasitəsilə tanış olmaq mümkündür.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/britaniya-avropa-azerbaycan-mektebinin-fealiyyete-baslamasindan-bir-il-otur-2063

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish