Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Müştərək maraqların məzmunu sülhdür”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Müştərək maraqların məzmunu sülhdür”, ÖZEL
REKLAM ALANI
29.09.2023
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Müştərək maraqların məzmunu sülhdür”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Həftəyə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin Naxçıvanda reallaşan görüşü ilə başladıq. Cənab Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyduğunu bəyan etdi – “2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm”.

 

Azərbaycanın erməni terrorçularına qarşı lokal xarakterli antiterror əməliyyatı apardığı bir dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımı idi. Azərbaycan xalqı hər zaman bu qardaşlıq jestini böyük minnətdarlıqla xatırlayacaq. İkinci Qarabağ müharibəsi zamanı da bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. Türkiyə ilə Azərbaycan arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Türkiyə Prezidenti qeyd etdi ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar baxımından daha da üzə çıxıb. İğdır-Naxçıvan kəməri Avropanın da enerji təhlükəsizliyinə böyük töhfə verəcək. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə adlandırılan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Türkiyə Respublikası ilə strateji əhəmiyyət kəsb edən layihələr də gələcəkdə iqtisadiyyatımıza böyük tövhələr verəcək. TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu hər iki ölkə üçün tarixi hadisələr idi.

 

Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolunun əhəmiyyətindən danışarkən vurğulamaq lazımdır ki, bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dinamikası yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanla-Türkiyə arasında bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır.

Prezident İlham Əliyevin cari ilin 25 sentyabr tarixində Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında qeyd etdiyi kimi, bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və daha da artacaq. Preferensial ticarət anlaşması da imzalanıb və o siyahıda olan məhsulların sayı da artır. Logistik layihələrin potensialına diqqət yetirdikdə görürük ki, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası uğurla gedir. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Müştərək maraqların məzmunu sülhdür. Bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin.”

Ülker Piriyeva/ Azerbaycan

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.