Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib

Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib
REKLAM ALANI
07.10.2023
A+
A-

 

 

 

 

Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib

, 2023

 

 

 

 

Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib

 

 

 

 

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun Təşkilat Komitəsi müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100” təqaüd proqramını təsis edib.

 

 

 

 

Təşkilat Komitəsi bəyan edib ki, bu il 100 illik yubileyini qürurla keçirdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə vaxtilə gənc azərbaycanlı kadrların xaricdə təhsil alması və Vətənimiz üçün önəmli olan yüksək ixtisaslara yiyələnmələri məqsədilə mühüm addımlar atılıb. Belə uğurlu siyasətin nəticəsində tibb sahəsində ixtisaslı azərbaycanlıların sayı artıb. İndi onlar nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərir, elmi nailiyyətləri, ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilirlər.

 

 

 

 

“Ulu öndərin siyasətini əsas tutaraq, “Heydər Əliyev İli” çərçivəsində Proqram Təqaüdünün təsis edilməsi qərara alınıb. Bu proqrama Almaniyada həkim kimi fəaliyyətə başlamaq istəyənlər və tibb təhsili alan gənclər müraciət edə bilərlər”, – deyə müraciətdə vurğulanıb.

 

 

 

 

Qeyd edək ki, Təqaüd Proqramı müsabiqəsində iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 1 noyabr 2023-cü il tarixinə kimi müraciət formasını doldurmaq və tələb olunan sənədləri təqdim etmək xahiş edilib. Təqaüd Proqramı ilə bağlı sualların [email protected] elektron poçtuna ünvanlanması nəzərə çatdırılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-heyder-eliyev-ili-cercivesinde-teqaud-proqrami-elan-edilib-3640

 

 

 

 

REKLAM ALANI